Dünya bazarında neft daha da ucuzlaşıb.
FED.az xəbər verir ki, ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər qiymətlərin yenidən aşağı düşməsinə səbəb olub.
Belə ki, London birjasında Brent markalı neftin qiyməti bu gün hərraclar zamanı 2% azalaraq 77,77 dollara enib. Bu - Brent neftinin yanvarın 3-dən indiyədək ən aşağı qiymətidir.
«WTI» neftinin qiyməti isə 1,99% azalaraq 72,77 dollara enib.
Qiymətlərin enməsinə ABŞ banklarının böhran gözləntisi barədə açıqlamaları da səbəb olub.
Xatırladaq ki, dünən Brent neftinin qiyməti 3% azalaraq 80 dollardan aşağı düşüb.
Azərbaycan nefti isə 5 dollar azalaraq 87 dollardan 82 dollara enib.