Dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, sentyabrın 7-də «Brent» neftinin qiyməti 89 dollardan aşağı düşüb. Bu fevralın 3-dən bəri ən aşağı göstəricidir.
Ümumilikdə sentyabrın 7-də qiymət 4% azalıb. Brent nefti bir gündə 3,6% ucuzlaşıb. «WTI» nefti isə 3,95% ucuzlaşaraq 83 dollara enib.
Neftin bu dəfə ki ucuzlaşmasının səbəbi dünyanın iri iqtisadiyyatlarında iqtisadi böhran stəhlükəsidir.
Maraqlıdır ki, neftin qiymətində enmə sentyabrın 7-də günortadan solnra başlayıb, ondan əvvəl qiymətlər sabit şəkildə artmaqda idi. Bu vaxt isə cəmi 10 dəqiqəyə neft 2 dollar ucuhlaşıb.
Neftin qiymətinə Çində koronavirusla bağlı halların artması da təsir edir. Bundan başqa, G-7 ölkələri Rusiya neftinə qiymət limiti qoymağa qərar veriblər, cavabında Rusiya belə limit tətbiq edən ölkələrə ümumiyyətlə neft satmayacağını bildirib.
Bu gün də neftin qiyməti 89 dollardan aaşağı həddədir.