London birjasında 10 həftədən sonra neft qiymətləri ilk dəfə 45 dollar səviyyəsindən yuxarı qalxıb.
Eləcə də bax: "Baydenin prezidentliyi dövründə dolların ucuzlaşması - Davam Edəcək"
FED.az xəbər verir ki, koronavirus vaksini vaə digər sahəvi məlumatlar neftin sürətli bahalaşmasına səbəb olub. Belə ki, ABŞ-da neft ehtiyatları gözləniləndən daha çox azalma göstərdiyindən 10 həftədən sonra Londonda neft qiymətləri artaraq 45 dolları geridə qoyub.
Amerika Neft İnstitutunun (API) özəl sektor tərəfindən dəstəklənən məlumatlarına görə, keçən həftə xam neft ehtiyatlarında 5,15 milyon barel azalıb, eyni zamanda benzin və dizel ehtiyatlarında da azalma baş verib. Hökumətin açıqladığı rəsmi məlumatlar cümə axşamı gələcək.
Halbıki, Bloomberg araşdırmasına qatılan mütəxəssislər xam neft ehtiyatlarının cəmi 1,9 milyon barel azalacağını bildirmişdilər.
Joe Biden prezidentliyi və peyvənd xəbərləri ilə son iki gündə neft qiymətləri yüzdə 11-dən çox artdı.
Avropa və ABŞ-da koronavirus hadisələri artarkən, İtaliya aprel ayından bəri ən çox itki verdiyini açıqladı, San Franciscoda da yeni karantin tədbirləri davam edir.
Amma ekspertlər neftin bundan sonra o qədər də güclü bahalaşmasını gözləmirlər. «Goldman Sachs» bildirir ki, buna epidemiyada yaşanacaq problemlər mane ola bilər. BMO Capital Markets isə bildirir ki, bir qədər əvvəl Liviya da neft hasilatını bərpa edib, bazara çıxarına neft artıb və ona görə də neftdə 50 dollar səviyyəsini gözləmək hələ tezdir.
Hələlik isə West Texas Oil (WTI) neftinin dekabr müqavilələri NYMEX birjasında çərşənbə axşamı 2,7% bahalaşdıqdan sonra bu gün daha 3,7% artaraq bir barreli 42,89 dollara yüksəldi.
Brent markalı neftin isə yanvar ayı üçün müavilələrində dünən 2,9%, bu gün isə 3,2% artım olub və qiymət 45 dolları keçib.