Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən hərraclarda “Brent” neftinin 2026-cı ilin fevral müqaviləsi üzrə qiyməti 2,57% azalaraq 1 barelə görə 60,64 dollara enib.
Ucuzlaşma okeanın o tayında da müşahidə olunur - Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin fevral müqavilələrində "WTI" markalı neftin 1 barelinin qiyməti 2,76% azalaraq 56,74 dollara düşüb.
Ümumilikdə «Brent» nefti son bir ildə 14 dollar ucuzlaşıb. Belə ki, 2025-ci ilin əvvəlində neftin qiyməti 74 dollar idi, sonradan yanvarın ortalarında qiymətlər bir qədər artaraq 51,3 dollara yüksəlmişdi, o vaxtdan bəri isə neftin qiyməti davamlı olaraq azalmaqdadır.
Bir neçə gün əvvəl – dekabrın 17-də isə Brent markalı neft 59,4 dollara enmişdi.










