"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,44% azalaraq 1 barelə görə 67,18 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,41% azalaraq 63,75 ABŞ dollarına bərabər olub.