ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0.41% azalaraq 1 barelə görə 65.36 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.46% azalaraq 63.12 ABŞ dollarına bərabər olub.