ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0.90% azalaraq 1 barelə görə 62,78 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.25% azalaraq 60.79 ABŞ dollarına bərabər olub.