ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,03% azalaraq 1 barelə görə 61,04 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,12% azalaraq 58,14 ABŞ dollarına bərabər olub.