ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 1,31% azalaraq 1 barelə görə 82,78 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,34% azalaraq 1 barelə görə 78,2 ABŞ dolları təşkil edib.