Dünya birjalarında neft qiymətləri azalıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,37 dollar azalaraq 77,33 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,54 dollar azalaraq 72,28 dollar təşkil edib.