Dünya birjalarında neft qiymətləri azalıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,32 dollar azalaraq 79,07 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar azalaraq 73,56 dollar təşkil edib.