Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,81 dollar azalaraq 74,17 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,83 dollar ucuzlaşaraq 70,04 dollar təşkil edib.