ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 0,35% azalaraq, 1 barelə görə 82,53 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,26% azalaraq, 76,12 dollara bərabər olub.