Dünya bazarında neftin qiyməti təxminən 1 % düşüb.
FED.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,93 % ucuzlaşaraq 1 bareli 84,35 ABŞ dollarına satılıb.
WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,97 % düşüb və 1 bareli 77,73 ABŞ dolları təşkil edib.