ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 0,27% azalaraq, 1 barelə görə 84,27 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,37% azalaraq, 77,77 dollara bərabər olub.