Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,96 dollar azalaraq 114,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,07 dollar ucuzlaşaraq 113,19 dollar olub.