ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,12% azalaraq 1 barelə görə 79,9 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,14% azalaraq 76,88 dollar təşkil edib.