Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,71 dollar azalaraq 76,14 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar bahalaşaraq 73,79 dollar olub.