Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,64 dollar geriləyərək 67,68 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar ucuzlaşaraq 64,33 dollar olub.