ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,65% azalaraq 1 barelə görə 69,18 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,68% azalaraq 65,57 dollar təşkil edib.