Dünyanın ən böyük özəl neft ticarəti şirkəti olan Vitol Group, enerji qiymətlərinin artması səbəbindən keçən il rekord məbləğdə - 4,2 milyard dollar mənfəət əldə edib.
Eləcə də bax: BP rübü 14 illik rekord mənfəətlə - BAŞA VURUB
FED.az verir ki, şirkətin mənfəəti, səhmlərin geri alınması yolu ilə top-menecerlərə 3 milyard dollar paylamağa imkan verib.
Sürətlə artan enerji qiymətləri və Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan tədarükdə fasilələr qazanc əldə etməyin bir çox yolunu üzə çıxarıb, eyni zamanda, Vitol kimi böyük əmtəə ticarəti şirkətlərinə tarixin ən gəlirli dövrünü yaşamağa imkan verib.
Vitol-un rəqibləri olan Trafigura Group və Glencore Plc kimi şirkətlər də eyni şəkildə rekord qazanc əldə ediblər. (Marja)