Dünya bazarında neft sürətlə ucuzlaşır, qiymətlər əvvəlcə 100 dollardan, daha sonra 99 dollardan aşağı düşüb.
FED.az xəbər verir ki, iyulun 12-də Londonda keçirilən hərraclarda Brent markalı neftin qiyməti 100 dollardan aşağı düşüb.
Bakı vaxtilə saat 21-də Brent nefti üzrə sentyabr kontraktlarında qiymət 8 dollar və ya 7,4% aşağı düşərək 99,57 dollara, WTI nefti üzrə isə avqust kontraktlarında qiymət 95,98 dollar olub. Hazırda neftin qiymiəti 99 dollardan da aşağılır.
Neftin qiyməti dünya iqtisadiyyatında artımın zəifləyəcəyi və tələbatın yenidən aşağı düşəcəyi ilə bağlı narahatlıq səbəbindən azalır.
Çində son günlər COVID-19-a yoluxmaların yenidən artması da bazarda narahatlığı artırır.
Qeyd edək ki, indiyədək nefytin qiyməti ilə bağlı proqnozlar bir-birindən kəskin şəkildə fərqlənir. Bir qədər əvvəl Citigroup -un analitikləri bildirib ki, ilin sonuna Brent nefti 65 dollaradək, 2023-cü ilin sonuna isə 45 dollaradək ucuzlaşa bilər.
ABŞ-ın maliyyə nazirliyi isə neftin 40% bahalaşaraq 140 dollara çatacağı barədə narahatlığını bildirib.