Bu gün dünya birjalarında neftin qiymətinin artımı davam edib.
FED.az xəbər verir ki, gün ərzində ilk işə düşən birjada neftin qiyməti artıq rekord vurub: Tokio birjasında neftin qiyməti son üç ilin ən yüksək həddinə yüksəlib.
Gələn ilin mart ayı üzrə fyuçers müqavilələrində bir kilolitr (təxminən 6.289 barel) Dubay xam nefti, təqribən 54.4 min yenə (təxminən 484 dollar) satılır. Başqa sözlə həmin müqavilə üzrə neftin qiyməti 77 dollara çatır ki, bu da 2018-ci ilin oktyabr ayından indiyədək ən yüksək qiymətdir.
Tokio birjasında izlənən nəticələrə ilk növbədə Nyu-Yorkdakı olmaqla digər platformalarda neft qiymətlərinin artması təsir edir. Buna səbə kimi bir sıra aparıcı ölkələrdə pandemiyanın zəifləməsi ilə əlaqədar iqtisadi aktivliyin bərpası, habelə əsas istehsalçı dövlətlər tərəfindən həyata keçirilən neft hasilatının məhdudlaşdırılması siyasəti ilə əlaqədar dünyada artan tələbatdır göstərilir.
Tokioda neftin qiymətinin artmasının daha bir səbəbi Çin rəhbərliyinin sonuncu qərarı ilə bağlıdır. Həmin qərara əsasən Çin qarşıdakı illərdə elektrik stansiyalarında kömürdən istifadəni dayandırıb neftə keçmək niyyətindədir. Bu da bütün dünyada neftə tələbatı daha da artıracaq.