ICE birjasında Brent markalı neftin qiyməti 23 dekabr 2021-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 75 dollara düşüb.
FED.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 23 dekabr 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 75 dollardan aşağı düşüb.
Bakı vaxtı ilə saat 17:46-ya olan birjaya əsasən, Brent markalı neftin qiyməti 3,67% azalaraq 74,61 dollar/barelə düşüb. Eyni zamanda WTI markalı xam neftin may fyuçersləri 3,92% ucuzlaşaraq 68,69 dollar/barelə bərabər olub.
Xam neftin qiymətləri Çindən gələn qeyri-sabit məlumat və maliyyə sektorundakı stress əlamətlərinin qarşıdakı aylarda qlobal iqtisadiyyata zərər verə biləcəyi qorxuları yaratması nəticəsində son 15 ayın ən aşağı səviyyəsinə düşüb.
Qiymətlər ABŞ-da baş verən üç bankın iflasından sonra da kəskin düşmüşdür. (Marja)