Dünya bazarında neft kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, Brent markalı neftin qiməti 3%-ə yaxın azalaraq 66 dollardan aşağı olub. Bu avqust ayından bəri neftin ən aşağı qiymətidir. London birjasında hərracların gedişində qiymətlər 65,8 dollaradək enib, sonradan 67 dollara yüksəlib.
Bakıda 2 milyona satışa çıxarılan mənzilin qiyməti - 1 MİLYON MANATA DÜŞDÜ – YENI HƏRRAC
WTI markalı neft isə 5%-ə yaxın ucuzlaşaraq 62,48 dollara enib. Sonradan qiymətlər bir qədər yüksələrək 64,2 dollarda sabitləşib.
Netin ucuzlaşmasının səbəbi OPEK+ ölkələrinin neft hasilatını gündə 400 min barelədək artırması barədə qərarf olub.