İranın İsrailə 200-ə yaxın ballistik raket atmasından sonra dünya bazarında neft neft ikinci gün də bahalaşıb.
FED.az xəbər verir ki, əgər əvvəlki gün bahalaşma İranın İsrailə gözlənilən hücumu ilə bağlı idisə, bu dəfə neftin qiymətinin artmasının səbəbi İsrailin hücuma görə qisas alacağını elan etməsi olub.
İran İsraili yüzlərlə raketlə atəşə tutdu, İsrail cavab verəcəyini elan edib - YENİLƏNİR
İsrailin baş naziri Benyamin Netanyahunun qisas alacağı vədi regionda xam neft tədarükünün risklərini artırıb.
Çərşənbə axşamı İranın hücumundan sonra Brent neftinin bir bareli 5 faizdən çox bahalaşdıqdan sonra 74 dollardan yuxarı qalxdı, ABŞ xam nefti isə 71 dollara yaxınlaşır.
Azərbaycanda 2 sahibi olan tikinti şirkətinin milyonluq gəliri dəfələrlə azalıb - MƏNFƏƏTDƏN ZƏRƏRƏ KEÇİB – HESABAT
Dünyadakı xam neft tədarükünün təxminən üçdə birinin Yaxın Şərqin payına düşdüyünü nəzərə alsaq, bu qiymət artımı neftin risk səbəbindən bahalaşdığını göstərir.
Qəzzada Tehranın dəstəklədiyi HƏMAS-a qarşı təxminən bir il əvvəl başlayan müharibədən bəri İsrail və İran arasında fikir ayrılığı olsa da, neft hasilatında real azalma olmadığı üçün əvvəlki artımlar qısa müddətli olub.
Taksi xidmətinin ən baha və ən ucuz olduğu ölkələr - SİYAHI
Ötən həftə Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra isə Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb. İsrailin baş naziri Netanyahu deyib ki, İran böyük səhv edib və “bunun əvəzini ödəyəcək”.