2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın neft sektoru ixracda əsas məhsul olmağa davam edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının ixracı 20,7 milyon tonu ötüb. Bu həcmdə neftin satışından ölkəyə daxil olan valyutanın ümumi həcmi isə 10 milyard 849 milyon dollardan çox olub.
Azərbaycan neftinin əsas alıcısı Avropa Birliyi ölkələri olaraq qalır. Təkcə İtaliya ixrac olunan neftin 58%-dən çoxunu (12 milyon ton) alaraq ölkəyə 6,2 milyard dollar gəlir gətirib. Bununla belə, Azərbaycanın neft ixracı təkcə Avropa ilə məhdudlaşmır. Siyahıda Hindistan, Tailand, İndoneziya kimi Asiya ölkələri, eləcə də Tunis kimi ölkələr də var.
Hesabat dövründə Azərbaycan neftinin bir barelinin dünya bazarındakı orta ixrac qiyməti təxminən 71,30 dollar (121,21 ₼) olub. Lakin alıcı ölkələrdən asılı olaraq qiymətlərdə əhəmiyyətli fərqlər yaranıb.
Neftimizi ən baha qiymətə alan ölkə Bolqarıstan olub. Bu ölkə bir barel üçün 82,97 dollar (141,05 ₼) ödəyib. Siyahının yuxarı pillələrində Danimarka, İsveçrə, Tailand və İndoneziya kimi ölkələr də yer alıb ki, onlar da nefti orta qiymətdən xeyli baha alıblar.
Ən böyük alıcı olan İtaliyanın bir barel üçün ödədiyi məbləğ orta qiymətdən bir qədər aşağı – 70,43 dollar (119,73 ₼) təşkil edib. Siyahıda ən aşağı qiymət isə qonşu Gürcüstana olan ixracda qeydə alınıb: bir barel üçün 56,40 dollar (95,88 ₼).
|
No, |
Ölkə |
İxracın miqdarı (ton) |
Statistik dəyər ($) |
Bir barelin orta ixrac qiyməti ($) |
Bir barelin orta ixrac qiyməti (₼) |
|
1, |
Bolqarıstan |
79 261 |
48 231 110 |
82,97 $ |
141,05 ₼ |
|
2, |
Danimarka |
88 157 |
49 689 270 |
76,90 $ |
130,73 ₼ |
|
3, |
İsveçrə |
172 862 |
96 641 780 |
76,24 $ |
129,61 ₼ |
|
4, |
Tailand |
137 786 |
75 910 840 |
75,19 $ |
127,82 ₼ |
|
5, |
İndoneziya |
130 925 |
72 131 220 |
75,11 $ |
127,69 ₼ |
|
6, |
Rumıniya |
869 569 |
475 935 690 |
74,67 $ |
126,94 ₼ |
|
7, |
Tunis |
310 313 |
167 917 160 |
73,81 $ |
125,48 ₼ |
|
8, |
Yunanıstan |
500 731 |
268 492 930 |
73,17 $ |
124,39 ₼ |
|
9, |
Çexiya |
1 307 899 |
701 374 000 |
73,13 $ |
124,32 ₼ |
|
10, |
Portuqaliya |
803 374 |
430 730 820 |
73,08 $ |
124,24 ₼ |
|
11, |
Xorvatiya |
1 187 551 |
634 647 770 |
72,84 $ |
123,83 ₼ |
|
12, |
Böyük Britaniya |
514 927 |
273 052 390 |
72,30 $ |
122,91 ₼ |
|
13, |
Almaniya |
956 716 |
502 018 650 |
71,58 $ |
121,69 ₼ |
|
14, |
İrlandiya |
410 730 |
214 827 490 |
71,44 $ |
121,45 ₼ |
|
15, |
İtaliya |
12 077 424 |
6 231 517 130 |
70,43 $ |
119,73 ₼ |
|
16, |
Fransa |
281 056 |
143 049 380 |
69,41 $ |
118,00 ₼ |
|
17, |
Niderland |
360 688 |
182 857 880 |
69,15 $ |
117,56 ₼ |
|
18, |
Hindistan |
250 122 |
126 113 140 |
68,79 $ |
116,94 ₼ |
|
19, |
Avstriya |
177 544 |
87 951 930 |
67,57 $ |
114,87 ₼ |
|
20, |
Türkiyə |
133 120 |
65 042 440 |
66,57 $ |
113,17 ₼ |
|
21, |
Gürcüstan |
3 838 |
1 586 270 |
56,40 $ |
95,88 ₼ |
|
CƏMİ |
20 754 593 |
10 849 719 290 |
71,30 $ |
121,21 ₼ |










