Dövlət Neft Fondunun 2020-ci ilin yanvar-iyun aylarında vəsaitlərinin həcmi 100 milyon ABŞ dolları azalıb.
Eləcə də bax: Azərbaycanda bu il 18 mln. tona yaxın - NEFT HASİL EDİLİB
FED.az xəbər verir ki, fondun vəsaitləri yanvar ayında 43 milyard 323 milyon ABŞ dolları, iyun ayında 43 milyard 223 milyon ABŞ dolları olub.
Qeyd edək ki, Dövlət Neft Fondunun təkcə iyun ayı üzrə vəsaitləri 0,7% və ya 300 milyon ABŞ dolları artıb. Belə ki, may ayında 42 milyard 900 milyon ABŞ dollardan, iyun ayında 43 milyard 223 milyon ABŞ dollara çatıb.