Dövlət Neft Fondu daşınmaz əmlaka investisiyalarını 2020-ci ildə də davam etdirəcək.
Eləcə də bax: Neft Fondunun xaricdəki daşınmaz əmlakının dəyəri - 1,5 MLRD. DOLLARA ÇATIR
FED.az xəbər verir ki, bu barədə Neft fondunun icraçı direktoru İsrafil Məmmədov bildirib.
Qeyd edək ki, 2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən Dövlət Neft Fondunun investisiya portfelinə daşınmaz əmlak və digər yeni investisiya alətləri daxil edilib.
İ.Məmmədov bildirib ki, həmin dəyişikliklərdə məqsəd ARDNF-in investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olub.
İcraçi direktor bildirib ki, Fond daşınmaz əmlaka investisiyaları 2020-ci ildə də davam etdirəcək. «Cari il üzrə strategiyaya uyğun olaraq azriskli və sabit gəlir gətirən əmlak növlərinə yatırım edən fondlara investisiya qoyuluşları həyata keçirilməsi planlaşdırılır. Həmçinin ABŞ daşınmaz əmlak bazarına investisiyaların davam etdirilməsi nəzərdə tutulur. Bu investisiyalar həm fondlar vasitəsi ilə, həm də müştərək investisiyalar şəklində həyata keçiriləcək».