Neft qiymətləri düşməkdə davam edir.
FED.az xəbər verir ki, Brent nefti 5%-dən çox ucuzlaşaraq 96,66 dollaradək, ABŞ xam nefti isə 6%-ə yaxın ucuzlaşaraq 90,46 dollaradək düşüb.
Londonun ICE birjasında Brent markalı neftin qiyməti iyulun 14-dən bəri ilk dəfə bir barel üçün 97 dollardan aşağı düşüb.
Dünən Brent nefti 102 dollardan, ABŞ xam nefti isə 90,62 dollardan ticarət olunurdu.
Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri (OPEC+) sentyabr ayında ehtiyat gücünün "ciddi məhdud" olacağı barədə xəbərdarlıq edərək, tədarükü gündəlik 100 min barel artırmağa razılaşıb.
ABŞ-da hökumət məlumatları göstərib ki, amerikalılar pandemiyanın təsiri səbəbindən 2020-ci ilin yayında olduğundan daha az maşın sürürlər. Ölkə üzrə xam neft ehtiyatları keçən həftə 4 milyon barreldən çox artıb.
Xam neftin qiymətlərində fevral ayında Rusiyanın Ukraynaya hücumu nəticəsində baş vermiş artım tamamilə silinib. Mart ayında 130 dolları keçdikdən sonra neft investorların qlobal yavaşlamanın enerji istehlakını azaldacağı ilə bağlı artan narahatlıqları ilə aşağı düşüb.
Neft qiymətləri OPEC+ un kiçik istehsal kvotası artımı ilə dəstəklənsə də, əsasən Çindən gələn zəif makro məlumatlar və ABŞ-ın xam neft ehtiyatlarının artması səbəbindən ucuzlaşır. (Marja)