Neft qiymətləri yüksəlməkdə davam edir.
FED.az xəbər verir ki, Brent neftinin qiyməti 60 dollara çatıb.
Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 1% bahalaşma ilə 59,95 dollardan ticarət olunub. ABŞ xam nefti (WTI) isə 1,1% bahalaşma ilə 57,46 dollardan alıcı tapıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Brent nefti 10% bahalaşıb. Ötən ilin Noyabr ayının ilk iş günündə Brent nefti 36 dollar səviyyələrində idi. Həmin vaxtan bəri Brent nefti 60%-dən çox bahalaşıb.