Dünya birjalarında neft qiymətləri bahalaşır.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,11 dollar artaraq 64,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,28 dollar bahalaşaraq 61,44 dollar olub.