"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə görə 67,77 ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,03% artaraq 62,77 ABŞ dollarına bərabər olub.










