ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 78,05 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,91% artaraq 1 barelə görə 74,38 ABŞ dolları təşkil edib.