ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-ci ilin avqust müqaviləsinin dəyəri 0,39 dollar və ya 0,53% artaraq 1 barelə görə 74,57 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,43 dollar və ya 0,62% artaraq 69,80 dollara yüksəlib.