Dünya birjalarında neft qiymətləri bahalaşıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,94 dollar artaraq 76,61 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,16 dollar bahalaşaraq 71,78 dollar təşkil edib.