Dünya birjalarında neft qiymətləri bahalaşıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,13 dollar artaraq 85,12 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 80,7 dollar təşkil edib.