ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 1,46% və ya 1,19 dollar artaraq 1 barelə görə 82.78 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,27% və ya 0,96 dollar artaraq 76.68 dollara bərabər olub.