Dünya birjalarında neftin qiymətləri artıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,29 dollar artaraq 86,42 dollar təşkil edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 80,27 dollar olub.