ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 2,85% artaraq 1 barelə görə, 113,19 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,68% artaraq 107,06 dollar təşkil edib.