ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,67% artaraq 1 barelə görə, 119,25 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,82% artaraq 116,25 dollar təşkil edib.