ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 3,98% artaraq 1 barelə görə 95,05 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4,51% artaraq 93,93 dollar təşkil edib.