Koronavirusun "omikron" ştammı ilə bağlı narahatlıqların azalması fonunda neftin bahalaşması davam edir.
FED.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,85% artaraq 1 barelə görə 73,70 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,11% artaraq 70,26 dollar təşkil edib.