ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,41% artaraq 1 barelə görə 73,74 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,81% artaraq 70,52 dollar təşkil edib.