ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə 73,12 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,35% artaraq 71,13 dollar təşkil edib.
Qiymət artımı neftə olan tələbatın artması perspektivləri fonunda davam edir. (Apa)