Dünya birjalarında neft qiymətləri bahalaşır.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 71,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,81 dollar bahalaşaraq 69,62 dollar olub.