Dünya bazarında neft qiymətləri bahalaşmaqda davam edir.
FED.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,75 dollar və ya 0,79% artaraq bir barel üçün 95,40 dollar təşkil edib.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,45 dollar və ya 0,50% yüksələrək 90,67 dollara çatıb.
Neftin bahalaşması ABŞ və İran arasında qarşılıqlı zərbələrin davam etməsi və Hörmüz boğazından neft tədarükünün daha da məhdudlaşa biləcəyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir.












