Dünya birjalarında neftin ucuzlaşması davam edir.
FED.az xəbər verir ki, bir qədər əvvəl Brent markalı neftin qiyməti fevraldan indiyədək ən aşağı həddə – 95 dollara enib.
Neftin qiymətinin azalmasının səbəbi ABŞ-da uçot dərəcəsinin artması və koronavirusa yayılma hallarının çoxalmasıdır.
Nəticədə Brent neftinin qiyməti sentyabr müqavilələri üzrə 4,7% ucuzlaşaraq 94,9 dollara enib. Bu fevralın 21-dən bəri ən aşağı qiymətdir.
WTI nefti üzrə avqust müqavilələrində isə 5,6% ucuzlaşmsa olub və neft 90,91 dollara satılıb.