Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti bu səhər 3,5% artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Brent markalı xam neftin qiyməti Bakı vaxtı ilə saat 8:02-də 2,87% artaraq bir barel üçün 83,74 dollara çatıb.
Bakı vaxtı ilə saat 08:17-də Brent markalı xam neftin fyuçersləri artımını sürətləndirərək barel üçün 84,25 dollara (3,5% artım) satılıb.
Bu arada, aprel ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 4,14% artaraq barel üçün 77,65 dollara çatıb.











