ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" markalı neftin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri bu ilin oktyabrın 4-dən ilk dəfə olaraq 79 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, "Brent" neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 15:37-də 3,18% azalaraq 1 barelə görə 78,66 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,1% azalaraq 75,98 dollar təşkil edib.
Neftin ucuzlaşmasının səbəbi bir sıra Avropa ölkələrində sərt karantin rejiminin tətbiq edilməsinə başlanılmasıdır. Sərt karantin rejimi insanların hərəkətliliyinin azalmasına səbəb olacaq, bu da yanacağa olan təlabatın azalacağı deməkdir. (Marja)